XƏYAL XASAY OĞLU MƏMMƏDXANLI

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd / Biznes məsləhətçisi / Hüquqşünas / Sığorta eksperti

11 iyun 1978-ci ildə Azərbaycan Respublikası, Naxçıvan MR, Şahbuz rayonunun Kolanı kəndində ziyalı, dövlət qulluqçusu və həkim ailəsində anadan olmuşam.
1985 – ci ildə Kolanı kənd orta məktəbində təhsilimə başlayıb və 1992 ci ilə qədər həmin məktəbdə təhsil almışam. 1992 ci ildə 8 – ci sinfi bitirərək Naxçıvan Türk Litseyinə daxil olmuşam və 1996 – cı ilə qədər həmin litseydə təhsil almışam. 1996 – cı ildə Naxçıvan Türk Litseyini fərqlənmə atestatı ilə bitirərək Ankara Universitetinin Siyasi Elmlər Fakultəsinə, Selçuk Universitetinin İqtisadiyyat fakultəsinə və Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakultəsinə daxil olmuşam. 2000 – ci ildə BDU – nin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakultəsinin bakalavr pilləsini, 2002 – ci ildə Magistr pilləsini Beynəlxalq Hüquq ixtisası üzrə fərqlənmə diplomları ilə bitirmişəm. 2002-2005 – ci illərdə BDU-nun Beynəlxalq hüquq və xarici ölkələrin dövlət hüququ kafedrasında doktorantura təhsilimi başa vurmuşam. ”Beynəlxalq sığorta hüququ və Azərbaycan qanunvericiliyi’’ mövzusunda dissertasiya mövzusunu tamamlamışam. Eyni zamanda 2000 – 2005 ci illərdə London Kral Sığorta İnstitunda təhsil almış və 2005 ci ildə diplomla təltif olunmuşam.

 

İxtisasca Beynəlxalq hüquq mütəxəssisi və hüquqşünas olsam da bütün karyeramı müxtəlif şirkətlərin rəhbər vəzifələrində idarəetmə və menecment üzərində qurmuşam. Onlarla şirkətin qurucusu və rəhbəri, bir neçə əhəmiyyətli start-up ların ideya müəllifi olmuşam.
2000-ci ilin iyul ayından 2002-ci ilin yanvar ayına kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Xarici Sərmayələr İdarəsində, Baş mütəxəssis və «Atəşgah» Sığorta şirkətində hüquqşünas vəzifəsində işləmişəm. Yanvar 2002 – Mart 2002 tarixlərində «Atəşgah” Sığorta Şirkəti, Hüquq və Zərərlərin tənzimlənməsi şöbəsinin müdiri, Mart 2002 – Yanvar 2003 tarixlərində «Beynəlxalq Sığorta Şirkəti» MMC, İdarə heyətinin Sədri, Yanvar 2003 – Dekabr 2005 tarixlərində «Beynəlxalq Sığorta Şirkəti» MMC, Müşahidə Şurasının Sədri, İyun 2006 – Yanvar 2007 tarixlərində Turquoise MMC, Baş Direktor, İyul 2008 – İyun 2009 tarixlərində “AZFİNANSBANK” ASC, Müşahidə Şurasının sədri, Yanvar 2007 – Sentyabr 2009 tarixlərində «AzSığorta» ASC – nin İdarə heyəti sədrinin müavini, Sentyabr 2009 – Aprel 2010 tarixlərində AZBARTER MMC, Prezident, Aprel 2010 – İyun 2011 tarixlərində “ALFA SIĞORTA” ASC, Direktorlar Şurasının sədri, Oktyabr 2011 – Fevral 2013 tarixlərində “Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası” ASC, İdarə heyətinin üzvü və Mərkəzi Aparatın rəhbəri, May 2013 – Sentyabr 2014 “Avesta” Konserni, İdarə heyətinin üzvü və Mərkəzi Aparatın rəhbəri, Vitse Prezident vəzifələrində işləmişəm. 2014-cü ilin sentyabr ayından etibarən “ARK” Business Solutions şirkətinin Təsisçisi və ortağı olmuşam. Hal-hazırda “Zaman Sığorta və Təkrar Sığorta üzrə Broker” MMC də Biznesin inkişafı üzrə direktoram və Azərbaycanın ən uğurlu layihələrindən biri olan Kasko Butik layihəsinin rəhbəriyəm.

 

2003-cü ilin aprel ayından 2005-ci ilin oktyabr ayına kimi Azərbaycan Sığortaçılar Birliyinin Prezidenti olmuşam.
2004-cü ilin oktyabr ayından 2009-cu ilin aprel ayına kimi Xəzər İnteqrasiya İşgüzar Klubunun maliyyə sektorunun həmsədri, Azərbaycan Türkiyə İşadamları Birliyinin (ATİB) maliyyə sektorunun rəhbəri, maliyyə-təftiş komissiyasının sədri olmuşam.
2016 cı ildən Azərbaycan Sığortaçılar Assosiasiyasının vasitəçilər komitəsinin sədriyəm.
Evliyəm, 2 qızım var. 4 dildə sərbəst danışıram.

X. M 2020

hand-right-xm

Seçki kampaniyasına dəstək olmaq
üçün

Seçki komandamızda kimlər var?

Təşviqat dövründə seçki kampaniyasını idarə edəcək komandamızın üzvləri

Vüqar Məmmədxanlı
Səlahİyyətlİ nümayəndə

Vüqar Məmmədxanlı, ixtisasca iqtisadçıdır, 10 il inşaat sektorunda, daha sonra uzun müddət xarici iqtisadi əlaqələr, satınalmalar, standartlaşdırma, sertifikatlaşdırma və audit sahəsində fəaliyyət gõstərib, 2019-cu ilin iyun ayından "Azərişıq" ASC-də daxili auditor vəzifəsində çalışır.

Əşrəf Şıxəliyev
Seçki qərargahının rəhbəri

Şıxəliyev Əşrəf Nadir oğlu. İxtisas - Marketoloq. Azərbaycan Dövlət İqtisad Universiteti Amsterdam School of Marketing Özəl şirkətlərdə Marketinq departamentinin rəhbəri kimi çalışmışdır. Nissan, Renault, Ford kimi dünya brendləriin brend ambassadoru kimi taninib. Ekzobutik proyektinin rəhbəri.

Zamin Mürsəlov
VƏKİL EDIİLMİŞ ŞƏXS

İxtisasca iqtisadçıdır. Uzun illər adminstrativ idarəetmə sahəsində iş təcrübəsi vardır. Layihə və təşkilati işlər üzrə menecerlik sahəsində ixtisaslaşmışdır . Sosial aktiv gəncdir.

Ruhiyyə Yolçuyeva
PR qrupunun rəhbərİ

Əmək fəaliyyətinə "Naxçıvan" qəzetində informasiya şöbəsi müxbiri olaraq başlamış, AzTV də çalışmışdır. Türkiyədə Uçar Oyuncaq şirkətində PR mütəxəssis olaraq çalışdıqdan sonra, Azərbaycanın önəmli şirkətlərindən Mətanət A ,ANS Şirkətlər Qrupu və Times Consultingdə eyni sahə üzrə işini davam etdirmişdir. İctimaiyyətlə Əlaqələr mütəxəssisi olaraq 20 ildən artıq təcrübəyə sahibdir.

Niyazi Qasımov
Rəqəmsal həllər üzrə məsləhətçi

Bir çox aparıcı şirkətlərin sosial media marketoloqu kimi çalışmış və rəqəmsal marketinq strategiyalarına rəhbərlik etmişdir. Hal-hazırda ölkənin ən peşəkar rəqəmsal marketoloqlarından biridir

Orxan Yusifli
Kreatİv dİrektor

2012 ci ildən qrafik dizayner kimi çalışır. Bir çox tanınmış layihələrin kreativ direktorudur

Şikayət və təkliflər

Şikayət və təkliflərinizi bildirmək üçün

99412000000

Birbaşa əlaqə nömrəsi

səs
ver

Bu səhifənin məzmununu kopyalaya bilməzsiniz